Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü keçiriləcək
Tədbirin gündəliyinə Mərkəzi Asiyada regional əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin prioritet sahələrdə birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi məsələləri daxildir. Dövlət başçıları mövcud regional və beynəlxalq siyasət məsələləri ilə bağlı fikir mübadiləsi də aparacaqlar.
Məşvərət görüşündən sonra çoxşaxəli sənədlərin əhəmiyyətli bir paketinin qəbul edilməsi gözlənilir.
Regionun dövlət başçılarının müntəzəm məsləhət görüşlərinin keçirilməsi təşəbbüsü Özbəkistan lideri tərəfindən 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürülüb.
Özbəkistanın hazırkı sədrliyi dövründə bu formatda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dən çox böyük tədbir keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


