Bu ilin doqquz ayında 2422 əkiz, 78 üçəm doğulub
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


