İsrail Norveçin təşəbbüsünü rədd edib

İsrail Norveçin təşəbbüsünü rədd edib
  14 Noyabr 2025    Oxunub:1187
Norveçin baş naziri Yonas Qar Störe danışıqlar üçün İsrailə getməyi planlaşdırırdı. Lakin İsrail siyasi səbəblərdən onun bu səfərinə qadağa qoyub.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Dagens Naeringsliv” qəzetinin məlumatına görə, rəsmi Oslo imtinanı ötən ay alınıb. İsrail rəsmiləri bu səfəri yersiz və ya arzuolunmaz adlandırıblar.

“İsrail-Norveç münasibətlərində soyuqluq 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə hücumu nəticəsində Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra yaranıb”, - qəzet yazır.

Mümkün səbəblər arasında Norveçin İsraili baş naziri Binyamin Netanyahunun krallığa gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına dəstək verməsi də göstərilir.

Bundan əlavə. Oslonun Fələstinin müstəqilliyini tanımasına və Norveç Hökumətinin Pensiya Fondunun bir sıra İsrail şirkətlərindəki paylarından imtina etməsinə də diqqət çəkilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Norveç   imtina  



Xəbər lenti