Varşavada Azərbaycanın qədim xəritələrindən ibarət unikal qalereya açılıb

Varşavada Azərbaycanın qədim xəritələrindən ibarət unikal qalereya açılıb
  15 Noyabr 2025    Oxunub:924
Varşava Universitetində Avropada ilk, Türk dünyası da daxil olmaqla dünyada isə ikinci olan IX–XIX əsrlərə aid Azərbaycan Dövlətinin Qədim Xəritələr Qalereyası açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Müasir Araşdırmalar İnstitutunun direktoru, professor Muxit-Ardager Sıdıknazarov sosial mediada məlumat yayıb.




Onun sözlərinə görə, qalereya Avropa ölkələri, ABŞ və Asiyadakı xarici arxivlərdə, kitabxanalarda və kartoqrafik kolleksiyalarda aşkar edilən və araşdırılan xəritələrdən ibarətdir.

“Bu, Varşava Universitetinin Türkologiya kafedrasının Azərbaycanşünaslıq Mərkəzinə hədiyyəmdir”, - Sıdıknazarov deyib.



Alim xatırladıb ki, Azərbaycan dövlətinin ilk qədim şərq (türk, ərəb-müsəlman) və qərb (Avropa, Amerika) xəritələri qalereyası onun tərəfindən 2023-cü ildə Türk dünyasının mənəvi paytaxtı Türküstan şəhərində açılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Varşava   xəritələr  



Xəbər lenti