Tədbirin panel hissəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İqlim Dəyişikliyi bölməsinin direktoru Martin Krouz, Keniya Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyinin Şəhər inkişafı üzrə direktor müavini və Şəhər torpaqları, ətraf mühit təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə bölmənin rəhbəri Robert Sanqori, Dünya Resursları İnstitutunun (WRI) icraçı direktoru Ani Dasgupta, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi Baş İdarəsinin rəhbəri Halil Hasar, Braziliyanın Para Ştatı Hökumətinin Aşağı Amazon Regionu üzrə regional katibi Fransisku Nelio Aguyar da Silva və digər yüksək səviyyəli rəsmilər fikir mübadilələri aparıb, dayanıqlı və sağlam şəhərlərin formalaşdırılması üçün iqlim maliyyəsinin şəhərlərə yönəldilməsinin vacibliyini qeyd ediblər.
COP29-un prezidenti Muxtar Babayev tədbirin yekun nitqində iştirakçılara təşəkkürünü bildirib, Azərbaycanın 13-cü Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini nəzərə alaraq, ölkəmizin əsasını qoyduğu Koalisiyanın yalnız gələcək COP tədbirlərində deyil, digər böyük platformalarda da davam etdirilməsinin qlobal iqlim gündəliyinə töhfə verəcəyini vurğulayıb.







Vaxtında, Aydın, Lazımlı!


