Belemdə "COP29"un nəticələrindən bəhs edilib

Belemdə "COP29"un nəticələrindən bəhs edilib
  15 Noyabr 2025    Oxunub:881
Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.
AzVision.az xəbər verir ki, deputat tədbir çərçivəsində keçirilən "Milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlament fəaliyyətinin gücləndirilməsi" adlı panel müzakirəsində çıxış edib.

O, ötən il Bakının ev sahibliyi etdiyi COP29-un nəticələrinin tarixi əhəmiyyəti, eləcə də iqlim dəyişmələri ilə mübarizə mövzusunda parlament fəaliyyətinin gücləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, COP zamanı milli parlamentlər üçün əsas platforma hesab olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbir bu il Braziliya Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.


Teqlər: MilliMəclis   COP29   NigarArpadarai  



Xəbər lenti