Ağdərədə mina partlayıb , xəsarət alan var

   Ağdərədə  mina partlayıb , xəsarət alan var
  16 Noyabr 2025    Oxunub:1272
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib. Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı N.Əliyev Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma başlanıb.

AzVision.az



Teqlər:



Xəbər lenti