Nazir: “Ordu Trampın əmrini gözləyir”

      Nazir:    “Ordu Trampın əmrini gözləyir”
  17 Noyabr 2025    Oxunub:706
Prezident Donald Trampın və Pentaqonun rəhbəri Pit Heqsetin müvafiq əmrləri olarsa, ordu bölmələri Venesuaela ərazisində yerləşdirilə bilər.
AzVision.az xəbər verir ki, ABŞ-nin Quru qoşunları naziri Deniel Driskoll “CBS” telekanalının efirində belə deyib.

“Amerika ordusu bölgədə çoxsaylı təlimlər keçirir. Prezident və ya müdafiə naziri tələb edərsə, biz hərəkətə keçməyə hazır olacağıq”, - Venesuela qüvvələrinin ABŞ üçün təhdid təşkil edib-etməməsi ilə bağlı sualın cavabında Deniel Driskoll deyib.

Verilişin aparıcısı ABŞ Hərbi Dəniz qüvvələri və Dəniz piyadalarının Latın Amerikası sahillərində narkotik kartellərinə qarşı əməliyyatlarda iştirakına diqqət çəkiərək, Quru qoşunlarının ölkə rəhbərliyindən müvafiq göstərişlər alıb-almaması ilə maraqlanıb.

- Biz belə məlumatları açıqlamırıq. Amma xahiş etsələr, buna hazır olacağıq”, - nazir bildirib.

Tramp Venesuela məsələsindıə tərəddüd edir
Bundan əvvəl ABŞ Hərbi Dəniz qüvvələrinin mətbuat xidməti “USS Cerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılığı altında hücum gəmi qrupunun Karib dənizinə daxil olduğunu açıqlamşıdı.

Təyyarədaşıyan gəmidə 4 mindən çox əsgər, onlarla zərbə qırıcısı və hücum helikopterləri var. ABŞ-nin Müdafiə naziri Pit Heqsetin göstərişi ilə qrup Qərb yarımkürəsində narkoterrorçuları hədəfə alan “Cənub nizəsi” əməliyyatı çərçivəsində bölgəyə yerləşdirilib. O, artıq Puerto-Rikoda yerləşən birləşmiş qüvvələrə qoşulacaq.


Artıq bir neçə aydır ki, ABŞ Venesuela sahillərində narkotik daşıdığına inandığı gəmilərə zərbələr endirir. Venesuela prezidenti Nikolas Maduro açıq şəkildə Trampa müraciət edərək yeni silahlı qarşıdurma törətməməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Venesuela   müharibə  



Xəbər lenti