Çin şirkəti: "Azərbaycan yeni turizm istiqamətimizdir"

      Çin şirkəti:    "Azərbaycan yeni turizm istiqamətimizdir"
  17 Noyabr 2025    Oxunub:630
"İl ərzində Çindən bütün dünyaya, xüsusən də Avropa ölkələrinə çox sayda turist səfərə yollanır. Hazırda Azərbaycan da turistlərimiz üçün yeni istiqamətə çevrilməkdədir".
Bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən, Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti"ndə "Suzhou China International Travel Service" şirkətinin baş direktor müavini Fey Xin söyləyib. O diqqətə çatdırıb ki, Çin vətəndaşlarının müxtəlif ölkələrə səyahətə maraq göstərmələri rolunda Azərbaycana da çoxsaylı turların təşkili planlaşdırılır.

"Azərbaycan çinlilər üçün yeni turizm nöqtəsidir. Ümidvaram ki, bu istiqamətdə maraqlı layihələr həyata keçiriləcək. Hazırkı sammitin məhz Azərbaycanda ilk dəfə keçirilməsi bu prosesin başlanğıcıdır", – Fey Xin söyləyib.

AzVision.az


Teqlər: DTA   sammit  



Xəbər lenti