AzVision.az xəbər verir ki, festivalın ilk günündə Yaradıcı Mərkəzin stendi yüzlərlə ziyarətçinin marağına səbəb olub. Ziyarətçilər oyun studiyalarının hazırladığı yeni oyun prototipləri ilə tanış olub, animasiya və qrafik dizayn proseslərini canlı izləyib, həmçinin süni intellektlə yaradıcı kontentin formalaşması barədə məlumatlar əldə ediblər.
Keçirilən ustad dərsləri festival iştirakçılarına interaktiv təcrübə yaşadıb. Gənclər və məktəblilər ustad dərslərinə böyük maraq göstərərək fəal iştirak ediblər.
Yaradıcı Mərkəzin STEAM Festivalındakı iştirakı çərçivəsində 3 gün ərzində müxtəlif təqdimatlar, interaktiv fəaliyyətlər və oyun studiyaları ilə tanışlıq sessiyaları keçirilib.