Niderlandla münasibətlər müzakirə olunub
Bildirilib ki, səfər çərçivəsində o, siyasi dialoq, ikitərəfli münasibətlər və Niderland ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etmək üçün dövlət qurumları və rəsmi tərəfdaşlarla görüşlər keçirib.
Karolin Ramaekers, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin müdiri vəzifəsini icra edən Anar Əcəmov ilə görüşüb.
Niderland şirkətləri üçün investisiya imkanları, yerli biznes mühiti və Azərbaycan məhsullarının Niderland bazarına ixrac potensialı müzakirə olunub.
O, həmçinin "AIR Centr"ə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə baş çəkərək regional siyasi və iqtisadi tendensiyalar, eləcə də Orta Dəhliz üzrə fikir mübadiləsi aparıb. ADA Universitetinə səfəri zamanı tələbələr və müəllim heyəti ilə səmimi və məzmunlu müzakirələr keçirib.
Teqlər: Niderland







Vaxtında, Aydın, Lazımlı!


