Orban: “Ukraynaya yardım əyyaşa verilən arağa bənzəyir”

      Orban:    “Ukraynaya yardım əyyaşa verilən arağa bənzəyir”
  18 Noyabr 2025    Oxunub:692
Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayendən Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsinə çağıran məktub aldığını bildirib.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri “X” sosial şəbəkəsində AK sədrinin məktubuna münasibət bildirib.

Siyasətçi AK sədrinin öz məktubunda Ukraynanın əhəmiyyətli dərəcədə maliyyə kəsiri olduğu üçün Avropa İttifaqı (Aİ) ölkələrinə “daha çox pul ayırmağa” çağırdığını diqqətə çatdırıb.

“Bu heyrətamizdir. Hərbi mafiyanın avropalı vergi ödəyicilərinin pullarını mənimsədiyi aydınlaşsa da, real nəzarət tələb etmək və ya ödənişləri dayandırmaq əvəzinə, Avropa Komissiyasının rəhbəri daha da çox vəsait göndərməyi təklif edir”, - Viktor Orban yazıb.

AK sədrindən Ukrayna ilə bağlı 3 variant
Bu baxımdan, Macarıstanın baş naziri Ukraynaya yardımı “daha bir yeşik araq göndərməklə əyyaşa kömək etməyə çalışmaq” la müqayisə edib.

Viktor Orbanın sözlərinə görə, Macarıstan sağlam düşüncəsini itirməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orban   Ukrayna   yardım  



Xəbər lenti