Kənan Quluzadə: "Çinin turizm şirkətləri Basqalla tanış olurlar"

      Kənan Quluzadə:    "Çinin turizm şirkətləri Basqalla tanış olurlar"
  18 Noyabr 2025    Oxunub:893
"Qarşıdan gələn qış mövsümü ərəfəsində Azərbaycanın məşhur turizm məkanlarını daha çox yerli turistlərə tanıtmaq, daha doğrusu, onlara xatırlatmaq istəyirik".
Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə Basqalda media nümayəndələrinin DTA-nın təşkilatçılığı ilə qoruqlara səfəri əsnasında söyləyib. O bildirib ki, turistlərin bu məkanlarda təkcə istirahətə yox, eyni zamanda, mədəni-tarixi irsimizə diqqət ayırmaları arzuolunandır.

"Məqsədimiz qış turizmi imkanlarını yerli turistlərə daha da yaxından çatdırmaqdır".

O həmçinin vurğulayıb ki, Bakıda baş tutmuş Çin Ziyarətçiləri Sammiti çərçivəsində Azərbaycana gəlmiş 50-dən çox turizm şirkətinin nümayəndələri də hazırda Basqaldadırlar:

"Onların həmçinin Qəbələyə, Qaxa və Şəkiyə səfərləri baş tutacaq".

AzVision.az

Qalereya




Teqlər: DTA   Basqal  



Xəbər lenti