Peskov: “Moskva Türkiyədə danışıqlara qoşulmayacaq”

   Peskov:    “Moskva Türkiyədə danışıqlara qoşulmayacaq”
  18 Noyabr 2025    Oxunub:874
Rusiya tərəfi noyabrın 19-da Türkiyədə Ukrayna ilə keçiriləcək danışıqlarda iştirak etmir.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

“Yox, sabah Türkiyədə Rusiya təmsilçisi olmayacaq. Hələlik bu təmaslar Rusiyanın iştirakı olmadan həyata keçirilir. İstanbulda əslində nələrin müzakirə olunacağı ilə bağlı məlumat gözləyəcəyik. Rusiya prezidenti Vladimir Putin, ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Türkiyə tərəfinin nümayəndələri arasında təmas planı yoxdur”, - Kremlin sözçüsü vurğulayıb.

Lakin onun sözlərinə görə, Vladimir Zelenski ilə danışıqların nəticələri barədə Moskvanı məlumatlandırmaq istəsələr, Putin Uittkoff və Türkiyə tərəfinin nümayəndələri ilə “söhbətə açıqdır”.

Dmitri Peskov həmçinin Rusiyanın Ukraynadan danışıqlara başlamağa hazır olması barədə bildirişlər alıb-almadığı məsələsinə də aydınlıq gətirib.

- Xeyr, hələ ki, Kiyevdən heç bir məlumat almamışıq. Rusiya danışıqlar prosesinə açıq olaraq qalır. Bizim mövqeyimiz Vaşinqtona, İstanbula və Kiyevə yaxşı məlumdur”, - Rusiya prezidentinin mətbuat katibi deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   müzakirələr  



Xəbər lenti