İrəvanda Aİ nümayəndəsi ilə Azərbaycanla delimitasiyadan danışılıb

   İrəvanda Aİ nümayəndəsi ilə Azərbaycanla delimitasiyadan danışılıb
  18 Noyabr 2025    Oxunub:682
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono arasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsi mövzusunda görüş baş tutub.
Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, paytaxt İrəvanda keçirilən görüşdə regionda baş verən proseslərə toxunulub. Mher Qriqoryan və Maqdalena Qrono Cənubi Qafqazda kommunikasiya yollarının açılmasının, bu istiqamətdə həyata keçirilən layihələrin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, cari ilin yanvarında Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin rəhbərliyində müvafiq komissiyaların iclasında tərəflər delimitasiya işlərinin aparılması üzrə razılığa gəliblər. Prosesi Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovşağından başlamaqla cənuba, yəni Azərbaycan-Ermənsitan-İran sərhədinə doğru həyata keçirmək qərara alınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan     delimitasiya  



Xəbər lenti