Fələstin BMT TŞ-nın Qəzzaya dair qərarını alqışlayıb

   Fələstin BMT TŞ-nın Qəzzaya dair qərarını alqışlayıb
  18 Noyabr 2025    Oxunub:628
Fələstin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Qəzza ilə bağlı təklif etdiyi qərar layihəsinin qəbul olunmasını alqışlayıb.
Fələstin bu qərarın dərhal tətbiq olunmasının vacibliyini vurğulayıb və bununla bağlı ABŞ administrasiyası, Təhlükəsizlik Şurasının üzvləri, ərəb və müsəlman ölkələri, Avropa İttifaqı və onun üzv dövlətləri, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq koalisiyanın digər tərəfdaşları ilə əməkdaşlıq etməyə tam hazır olduğunu bildirib.

Qeyd edək ki, qərar layihəsi Qəzzada daimi və ümumi atəşkəsin yaradılmasına, humanitar yardımların maneəsiz daxil olmasına şərait yaradılmasına, həmçinin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsinə çağırır.



AzVision.az


Teqlər:



Xəbər lenti