Abşeron rayonunda istismara yararsız avtobuslar yanıb - VİDEO

Abşeron rayonunda istismara yararsız avtobuslar yanıb -    VİDEO
  18 Noyabr 2025    Oxunub:368
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

Digər avtobuslar yanğından mühafizə olunub.



AzVision.az







Teqlər:



Xəbər lenti