İsrail Livanı bombalayıb: Məktəblilər yaralanıblar

   İsrail Livanı bombalayıb:    Məktəblilər yaralanıblar
  19 Noyabr 2025    Oxunub:1011
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda yerləşən Sur şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Bu barədə Livanın dövlət xəbər agentliyi (NNA) rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, zərbəyə tuş gələn məktəbli avtobusunda uşaqlar və sürücü yaralanıblar. Ümumilikdə, hücum nəticəsində 1 nəfər ölüb, səkkiz nəfər isə xəsarət alıb.

Məlumata görə, İsrailin hərbi təyyarələri ötən gün həmçinin Livanın Səidə şəhərində fələstinli qaçqınların düşərgəsini bombalayıb: 13 nəfəri ölüb. Eyni zamanda, Bint Cübeyl və Bəlida kəndələrinə endirilən aviazərbələrlə də 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.
"Hizbullah"ın iki artilleriya komandiri öldürülüb | VİDEO

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   zərbə   məktəblilər  



Xəbər lenti