Rustem Umerov təcili Ali Radaya çağırılıb

   Rustem Umerov təcili Ali Radaya çağırılıb
  19 Noyabr 2025    Oxunub:666
Ali Rada Ukrayna hökumətinin həm keçmiş, həm də indiki üzvləri ilə bağlı korrupsiya qalmaqalında adı hallanan Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rustem Umerovu penar iclasa çağırıb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz Telegram-kanalında paylaşım edib.

“Umerov Radaya çağırılıb. Onun nə vaxt qayıdacağını gözləyirik”, - deputat Qonçarenko yazıb.

Bu arada, Ukrayna parlamenti German Qaluşenkonun ölkənin Ədliyyə naziri vəzifəsindən azad edilməsini dəstəkləyib. Ali Radanın 323 üzvü nazirin istefasının lehinə səs verib.

Baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Taras Kaçkanın parlamentdəki çıxışından sonra Qaluşenkonun vəzifədən uzaqlaşdırılması təklifi dəstəklənib. Taras Kaçka energetika sahəsində korrupsiya qalmaqalı ilə bağlı ictimai etirazlar fonunda Qaluşenko ilə yanaşı, indiki Energetika naziri Svetlana Qrinçukun da işdən çıxarılmasını dəstəkləməyə çağırıb.

Ali Radada hökumətin istefası tələb olunub
Xatırladaq ki, noyabrın 18-də hökumətin bütövlükdə istefası tələbini irəli sürən bir qrup deputat bu iki nazirin istefasını müzakirə emək barədə Ali Radanın iclasını pozmuşdu.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşmək üçün Türkiyəyə uçduğu bildirilib və Rustem Umerovun da oraya gəlişi ilə bağlı fotolar yayılıb.

Lakin sonradan Uitkoffun həm Zelenski, həm də onun ofisinin rəhbəri Yermakla görüşünü ləğv etdiyi barədə məlumat yayımlandı.

Yeri gəlmişkən, Aleksey Qonçarenko həmçinin parlamentarilərin Ukraynanın baş naziri Yuliya Sviridenkonun hesabat vermək üçün Ali Radaya çağırılması ilə bağlı qərar qəbul etdiklərini də bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Umerov   parlament   çağırış  



Xəbər lenti