Tramp Bessenti istefa ilə hədələyib
“Açığı, mən onu məmnuniyyətlə işdən çıxarardım. Onu işdən çıxarmaq lazımdır. Pauell tamamilə səriştəsizdir və kiçik bir binaya 4 milyard dollar xərclədiyinə görə məhkəməyə verilməlidir”, - FES-in mənzil-qərargahının təmirinə xərclənən vəsaiti nəzərdə tutan ABŞ prezidenti bildirib.
Donald Tramp Maliyyə naziri Skott Bessentin FES-lə işləməli olduğunu vurğulayıb.
- Skottun öhdəsindən gələ bilməyəcəyi yeganə şey FED-dir, çünki faiz dərəcəsi çox yüksəkdir. Skott, əgər bunu mümkün qədər tez həll etməsən, səni işdən çıxaracağam”, - Ağ Evin rəhbəri Maliyyə nazirini hədələyib.
Eyni zamanda, Skott Bessenti “şürün səsi” adlandıran Tramp qeyd edib ki, Maliyyə naziri FES-in sədrinin işdən çıxarılmasının əleyhinədir.
Xatırladaq ki, Amerika lideri dəfələrlə FES-i və şəxsən Cerom Pauelli faiz dərəcəsini kifayət qədər aqressiv şəkildə azaltmadığına görə sərt tənqid edib.
Trampın iddiasına görə, FES ABŞ hökumətinin borclanma xərclərini yüksək səviyyədə saxlamaq üçün qəsdən faiz dərəcəsini azaltmır. Ağ Ev FES-in siyasi maraqlarla idarə olunduğunu və onun İdarə Şurasında Trampın çoxlu əleyhdarlarının yer aldığını bildirir.
Bununla belə, sentyabr və oktyabr aylarında FES əsas faiz dərəcəsini aşağı salıb. Hazırda bu, 3,75-4% səviyyəsindədir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


