İrəvan: “Türkiyə ilə sərhədlərin açılması vacibdir”
O, həmçinin xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində regional nəqliyyat infrastrukturunun blokdan çıxarılmasının əsas prinsipləri razılaşdırılıb.
“Nəqliyyat infrastrukturunun blokdan çıxarılmasına gəlincə, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində bu prosesin əsas prinsipləri razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq. Bu çərçivədə reallaşıdırlacaq TRIPP marşrutu Azərbaycanı Naxçıvanla, Ermənistanı digər ölkələrlə birləşdirəcək. Həmçinin Ermənistan və Azərbaycan əraziləri vasitəsilə daha geniş coğrafiyaya malik regionları birləşdirəcək”, - Ermənistan XİN-in rəhbəri vurğulayıb.
Ararat Mirzoyan İrəvanın razılaşdırılmış layihənin sürətlə həyata keçirilməsi üçün fəal işlədiyini iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan Türkiyə sərhədlər







Vaxtında, Aydın, Lazımlı!


