Avtomobil nömrələrində yenilik
“Bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir”, - deyə qurumun açıqlamasında vurğulanıb.
Qeyd edək ki, yeni standartlara əsasən, yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementləri də ləğv edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


