BAEA İran əleyhinə qətnamə verib

   BAEA İran əleyhinə qətnamə verib
  20 Noyabr 2025    Oxunub:890
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyəti İrandan zənginləşdirilmiş uran ehtiyatlarının və İsraillə iyunda 12 günlük müharibə dövründə bombalanmış nüvə obyektlərinin vəziyyəti barədə agentliyə dərhal məlumat verməsi tələbi üzrə qətnamə yayıb.
Britaniyanın "Reuters" xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, səsvermədə 19 ölkə lehinə, 3 ölkə (Rusiya, Çin və Niger) isə əleyhinə səs verib; 12 ölkə bitərəf qalıb. Qətnamə minimal sayda səslə qüvvəyə minib.
İran-BAEA gərginliyi şiddətlənir

Dünən BAEA-nın Baş direktoru Rafael Qrossi də Tehrana çağırış ünvanlayıb ki, hökumət müharibə əsnasında sıradan çıxarılmış nüvə obyektlərinin ərazisinə agentliyin müfəttişlərinin çıxışı üçün təcili şərait yaratmalı, uran ehtiyatları haqqında məlumat verməlidir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BAEA   İran   qətnamə   gərginlik  



Xəbər lenti