Əraqçi: "ABŞ ilə razılaşmağa hazırıq"

      Əraqçi:    "ABŞ ilə razılaşmağa hazırıq"
  21 Noyabr 2025    Oxunub:991
"Nüvə proqramımız ilə əlaqədar ABŞ ilə razılığa gəlməyə hazırıq, amma bu razılıqda hər iki tərəfin mövqeyi nəzərə alınmalıdır".
Bu ifadələr İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın "The Economist" jurnalına müsahibəsində dilə gətirib. Onun sözlərinə görə, danışıqlarda birtərəfli yox, yalnız balanslı razılaşma məqsədəuyğundur. Nazir xatırladıb ki, iyun ayında baş vermiş 12 günlük İran-İsrail müharibəsindən qabaq Tehran və Vaşinqton arasında beş dəfə danışıqlar aparılıb.

"Həmin vaxt razılaşmağa, məqbul bir kompromisə gəlməyə çox yaxın idik. İşin təfərrüatını açıqlamaq fikrim yoxdur, ancaq bəlkə, haçansa bu barədə danışaram. Əlqərəz, İsrailin ABŞ tərəfindən dəstəklənən hücumu bu prosesə son qoydu", – nazir söyləyib.
Əraqçi: "ABŞ ilə danışıqlar mənasızdır"

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  



Xəbər lenti