Noyabr ayının pensiyaları tam ödənilib

Noyabr ayının pensiyaları tam ödənilib
  21 Noyabr 2025    Oxunub:537
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

AzVision.az



Teqlər:



Xəbər lenti