Putin ABŞ-nin sülh planına razıdır

   Putin ABŞ-nin sülh planına razıdır
  22 Noyabr 2025    Oxunub:882
Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə baxmayaraq, Ukraynadakı vəziyyətin mümkün tənzimlənməsi ilə bağlı ABŞ-ın təklifləri ilə razılaşıb.
Trampın 28 maddəlik sülh planı I TAM MƏTN
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bəyan edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı Alyaskadakı danışıqlardan əvvəl də müzakirə olunub və 28 bənddən ibarət sənəd şəklində təqdim edilib.

Rusiya lideri qeyd edib ki, Vaşinqton Moskvadan çeviklik göstərməyi və müəyyən kompromislərə getməyi xahiş edib. V. Putinin sözlərinə görə, modifikasiya olunmuş Amerika planı yekun tənzimlənmənin təməlinə çevrilə bilər. Rusiya Prezidenti, həmçinin bildirib ki, ölkəsi sülh danışıqlarına hazırdır.

AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   ABŞ  



Xəbər lenti