Türkiyə və Yunanıstan birgə təlimlərdə iştirak edir

   Türkiyə və Yunanıstan birgə təlimlərdə iştirak edir
  22 Noyabr 2025    Oxunub:1145
Aralıq dənizinin İtaliya sahillərində genişmiqyaslı “Neptun Strike” təlimləri başlayıb. Manevrlərə ABŞ və Böyük Britaniya, Yunanıstan, Polşa və Türkiyə daxil olmaqla doqquz NATO ölkəsi cəlb olunub.
AzVision.az Amerikanın “CBS” telekanalına isrinadən xəbər verir ki, təlimlərin əsas məqsədi Rusiya ilə hipotetik münaqişənin ssenarilərini təcrübədən keçirməkdir.

Manevrlər zamanı hərbçilər diqqəti “Rusiya yaxınlığındakı təlim poliqonlarına qarşı NATO-nun şərq cinahına uzun mənzilli zərbələr endirməyə” yönəldir.

“Alyansın 2027-ci ilə qədər Rusiya və Çinlə eyni vaxtda qarşıdurmaya hazır olması lazımdır. Bununla beıə, mən bu cür münaqişələrin qaçılmaz olduğunu düşünmürəm”, - Avropada Birləşmiş NATO qüvvələrinin Baş Komandanı amerikalı general Aleksus Qrinkeviç telekanalın jurnalistlərinə açıqlamasında deyib.

Eyni zamanda, noyabrın 17-də Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda, 2 mindən çox hərbçi və 500-dən çox texnikanın cəlb olunduğu “Şimal Spike 225” adlı artilleriya təlimləri başlayıb. Təlimin məqsədi çətin qış şərtlərində artilleriya imkanlarını sınaqdan keçirməkdir.

Daha əvvəl NATO ölkələri Norveçdə Rusiya ilə müharibə vəziyyətində atılacaq addımları sınaqdan keçiriblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Yunanıstan   təlimlər  



Xəbər lenti