Rumıniya havaya qırıcılar qaldırıb | VİDEO

   Rumıniya havaya qırıcılar qaldırıb    | VİDEO
  22 Noyabr 2025    Oxunub:641
Rusiyanın noyabrın 22-nə keçən gecə Ukraynanın Odessa bölgəsinə PUA hücumundan sonra Rumıniyanın 2 “F-16” döyüş təyyarəsi səmaya qalxıb.
AzVision.az xəbər verir ki, Rumıniya Müdafiə nazirliyinin mətbuat xidmətinə istinad edən “RBK-Ukrayna” telekanalı belə məlumat yayıb.

“Noyabrın 21-dən 22-nə keçən gecə Rusiyanın Rumıniya ilə çay sərhədi yaxınlığında həyata keçirdiyi hücumlar kontekstində Rumıniya-Ukrayna sərhədində hava vəziyyətini izləmək üçün 86-cı aviabazada iki “F-16 Fighting Falcon” döyüş təyyarəsi səmaya qaldırılb”, - xəbərdə deyilir.

Məlumatda bildirilir ki, saat 01:33-də İzmail bölgəsində artan hücumlar və dronların aşkarlanmasından sonra Tulcea qraflığının şimal hissəsi üçün Ro-xəbərdarlığı verilib.
Rumıniya hava məkanına heç bir dron müdaxiləsi aşkarlanmayı və “F-16” döyüş qırıcıları səhər saat 03:42-də Borçadakı 86-cı aviabazaya qayıdıblar.

- Biz müttəfiqlərimizlə daimi təmasdayıq, real vaxt rejimində əməliyyat məlumatı mübadiləsi aparırıq. Rumıniyanın və NATO-nun şərq cinahının təhlükəsizliyinin təminatı üçün qətiyyətlə hərəkət edirik”, - Rumıniya Müdafiə nazirliyi vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, rusların noyabrın 19-da Ukraynaya gecə hü
cumu zamanı bir PUA Rumıniya hava məkanına 8 km müdaxilə edib.

Ukraynanın Dövlət Gömrük Xidmətinin Telegram-kanalına istinad edən “RBK-Ukrayna” telekanalının məlumatına görə, bundan sonra Rumıniya ilə sərhəddəki Orlovka keçid məntəqəsinin işinin müvəqqəti müvəqqəti bağlandığını açıqlamışdı.

- Noyabrın 22-nə keçən gecə dronların hücumu Orlovka bərə kompleksinin infrastrukturuna ziyan vurub. Bu səbəbdən beynəlxalq keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb”, - məlumatda vurğulanır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rumıniya   səma   təyyarələr  



Xəbər lenti