Dnepr şəhəri dronlarla vurulub

Dnepr şəhəri dronlarla vurulub
  23 Noyabr 2025    Oxunub:1072
Noyabrın 23-nə keçən gecə Rusiya ordusu Dnepr şəhərinə dronlarla hücum edib. Hava hücumu nəticəsində 11 yaşlı uşaq da daxil olmaqla, 14 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət dövlət administrasiyasının rəhbəri Vladislav Qayvanenko teleqram səhifəsində bildirib.

Bundan əlavə, hava hücumu nəticəsində doqquz mərtəbəli binanın eyvanları və fərdi evin bir hissəsi yanıb. Altı avtomobilə də ziyan dəyib.

AzVision.az



Teqlər:



Xəbər lenti