Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

      Müsəllim Həsənov:    “Dünyada mətbuatın funksiyası dəyişir”
  23 Noyabr 2025    Oxunub:1192
"Mətbuatın “dördüncü hakimiyyət” kimi qəbul edildiyi dövrün ənənəvi anlayışları artıq dəyişməkdədir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış publisist Müsəllim Həsənov “Gilavar” “YouTube” kanalında vurğulayıb.

Həsənov qeyd edib ki, xüsusilə Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra dövlətin mətbuata münasibətində ciddi dəyişikliklər müşahidə olunub.

“Amerikanı həmişə demokratiyanın beşiyi və söz azadlığının carçısı hesab edirdik. Demokratiyanın əsas elementlərindən biri azad mətbuatdır. Lakin bu gün Tramp Ağ Evdə jurnalistləri toplayır, xoşuna gəlməyən suallar verildikdə onları təhqir edir, bəzi qəzetləri ‘fake’ adlandırır. Bu, mətbuatın dünyadakı rolunun dəyişdiyini göstərir”.

Publisistin sözlərinə görə, əgər özünü demokratiyanın əsas müdafiəçisi kimi təqdim edən ABŞ mətbuata bu cür yanaşırsa, digər ölkələrdə vəziyyətin daha fərqli olacağı gözləniləndir:

“Görünür, zaman dəyişir və bu dəyişikliklər media sektorunda da özünü qabarıq şəkildə göstərir”.

Videonu YouTube linki vasitəsilə izləyə bilərsiniz.

AzVision.az



Teqlər:



Xəbər lenti