İran yardım istədi: Qədim Hirkan meşələri kül olur | VİDEO

      İran yardım istədi:    Qədim Hirkan meşələri kül olur    | VİDEO
  23 Noyabr 2025    Oxunub:773
İran hökuməti Mazandaranın şimalındakı Hirkan meşələrdə neçə gündür davam edən yanğını söndürmək üçün bütün daxili imkanlarını səfərbər edib. Amma bu yetmədiyindən, xaricdən yardım istəyib.

Artıq Türkiyə iki yanğınsöndürən təyyarə və bir vertolyotu İrana köməyə göndərib. Tehran yardım üçün Moskvaya da müraciət edib.

BMT-nin Ətraf Mühitin Qorunması Proqramının direktoru Kaveh Mədani bildirib ki, yanğınlar hələ fars sivilizasiyası yaranmamışdan xeyli qabaq mövcud olan təbii irsə böyük zərbə vurur.
Susuz İran: Regionda potensial böhran

Azərbaycanda və İranda Xəzərin sahili boyunca uzanan Hirkan meşələri UNESCO-nun unikal irs siyahısına düşüb. 25 milyon ildən çox yaşı olan bu meşələrdə 3.200 bitki növü mövcuddur.

Rəsmi məlumata görə yanğınlar ölkədə davam edən görünməmiş quraqlıqla əlaqədardır. Amma yerli mediada peyda olan bəzi xəbərlərə görə, onları meşələrin ərazisini mənimsəmək istəyən şəxslər də törətmiş ola bilərlər.

Tariyel Həsənov
AzVision.az


Teqlər:   İran   Hirkan   Yanğın  



Xəbər lenti