Daha bir milyarder Britaniyanı tərk edib

   Daha bir milyarder Britaniyanı tərk edib
  24 Noyabr 2025    Oxunub:894
Hindistanlı sahibkar, “ArcelorMittal” polad istehsalçısı şirkətinin təsisatçısı və Direktorlar Şurasının sədri Lakşmi Mittal ən varlı vətəndaşlara təsir göstərən vergi islahatları fonunda Böyük Britaniyandan gedib.
AzVision.az xəbər verir ki, milyarderə yaxın olan mənbələrə istinad edən “The Times” nəşri belə məlumat yayıb.

“Mittal Leyboristlərin super varlılar üçün apardığı vergi islahatlarına görə bu həftə sonu İngiltərəni tərk edən sonuncu milyarderdir. Sahibkar hazırda İsveçrədə yaşayır və gələcək həyatının böyük hissəsini BƏƏ-də keçirməyi planlaşdırır”, - qəzet yazır.

Lakşmi Mittalın işlərindən xəbərdar olan mənbə qeyd bildirib ki, onu gəlir vergisi yox, Böyük Britaniyada 40% olan vərəsəlik vergisi narahat edir. Maqnatın sərvəti isə 2025-ci ildə təxminən 20,1 milyard dollar civarında dəyərləndirilirdi.

“The Times” daha əvvəl hökumətin sərvət vergisi tətbiq etmək ideyasını həyata keçirəcəyi halda, milyonçuların yarısından çoxunun Böyük Britaniyanı tərk edə biləcəyini vurğulamışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   varlılar   vergilər  



Xəbər lenti