ABŞ İsrail üçün raketlərin istehsalına başlayır

ABŞ İsrail üçün raketlərin istehsalına başlayır
  24 Noyabr 2025    Oxunub:1284
İsrailin müdafiə qabiliyyətini gücləndirən və Vaşinqtonla Təl-Əviv arasında hərbi-sənaye əməkdaşlığını stimullaşdıran “Dəmir Qübbə” sistemi raketlərinin istehsalı üçün ABŞ-də yeni zavod açılıb.
AzVision.az “Breaking Defence” nəşrinə istinadən xəbər verir ki, Amerikanın “Raytheon” şirkəti İsrailin “Rafael” şirkəti ilə birlikdə ABŞ-də “Dəmir Qübbə” hava hücumundan müdafiə (HHM) sistemi üçün raketlər istehsal edəcək zavodu rəsmən işə salıb.

Obyektin tikintisi 2023-cü ilin sonundan gedir, hər iki şirkət buna artıq 33 milyon dollar sərmayə qoyub. ABŞ-nin İsrailə ayırdığı vəsaitlər çərçivisində Təl-Əviv hava hücumu hədəflərini tutan raketlərin istehsalı üçün Vaşinqtona 1,25 milyard dollarlıq sifariş verib.

Bundan əvvəl İsrailin Müdafiə nazirliyi yeni “Tamir” zenit-raket komplekslərinin (ZRK) tədarükü üçün “Rafael” şirkəti ilə “çox milyard dollarlıq müqavilə” bağladığını açıqlamışdı.

“İmzalanmış müqavilə ölkənin HHM imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və milli təhlükəsizliyə qarşı təhdidlərə effektiv mübarizə aparmağa imkan verəcək”, - İsrailin Müdafiə naziri İsrael Kats vurğulayıb.

“Dəmir Qübbə” sistemi üçün raketlərin istehsalı 2024-cü ilin aprelində Konqres tərəfindən qəbul edilmiş 8,7 milyard dollarlıq ABŞ yardım paketi ilə maliyyələşdirilir. Bu paketə xüsusi olaraq HHM vasitələri üçün ayrılmış 5,2 milyard dollar daxildir.

Müqavilənin imzalanması İsrail Müdafiə nazirliyinin Təl-Əvivdəki qərargahında ABŞ-nin müdafiə attaşesi general-mayor Aaron Dreyklə İsrailin aparıcı müdafiə rəsmilərinin iştirakı ilə baş tutub.

Yeni zavod ölkələr arasında strateji əməkdaşlığı gücləndirir və “Dəmir Qübbə” sisteminin əsas komponentlərinin etibarlı istehsalını təmin edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İsrail   raketlər  



Xəbər lenti