Plazadakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb

   Plazadakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb
  25 Noyabr 2025    Oxunub:962
Bakıda "AFEN Plaza"da partlayış baş verən obyektdə xəsarət alaraq xəstəxanaya yerləşdirilən beş nəfərdən dördü evə buraxılıb.
TƏBİB-dən AzVision.az -ən sorğusuna cavab olaraq bildirilib ki, onlara zəruri tibbi yardım göstərilib və ambulator müalicəyə göndəriliblər.

Eyni zamanda qeyd olunub ki, digər bir nəfər aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Xatırladaq ki, noyabrın 24-ü saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan bir kişi termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti