Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Bundan əlavə, iclasda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ aktlara edilmiş son dəyişikliklər müzakirə olunub. Bu dəyişikliklərin vəkillik institutunun fəaliyyətinə gətirdiyi yeniliklər diqqətə çatdırılıb. Həmçinin Rəyasət Heyəti Vəkillərin İxtisas Komissiyasına vəkil üzvlərin təyin edilməsi məsələsinə baxıb. Müzakirələrdən sonra Kollegiya üzvləri - Akif Əlizadənin və Gülnar Qurbanovanın Komissiyaya vəkil üzvləri qismində təyin olunması barədə qərar qəbul edilib.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
Bundan başqa, bir neçə vəkilin vəkil kabineti yaratmaq barədə müraciətləri də müsbət qiymətləndirilib və qanunamüvafiq olaraq təsdiqlənib. Həmçinin iclasda VK üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili Kənan İsmayılovun “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025-ci il üçün “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Cinayət prosessual hüquqda müdafiə aktı – tərəflərin hüquq bərabərliyinin və çəkişmənin təmin edilməsinin vacib elementi kimi” adlı elmi məqaləsi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı məqalənin elmi-praktik əhəmiyyəti, müdafiə institunun inkişafı baxımından verdiyi töhfələr yüksək qiymətləndirilib, bir sıra təkliflər səsləndirilib. Rəyasət Heyəti məqalə üzrə müzakirələrin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun hesab edib.
İclasın davamında intizam xarakterli məsələlər də müzakirə olunub. Yol verdiyi ciddi intizam pozuntusu ilə bağlı aparılan araşdırmanın nəticələri nəzərə alınaraq, bir vəkilin fəaliyyətinə xitam verilməsi və onun Kollegiya üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


