Rəşad Nəbiyev: "Zəngəzur dəhlizinin tikintisi davam edir"

   Rəşad Nəbiyev:    "Zəngəzur dəhlizinin tikintisi davam edir"
  26 Noyabr 2025    Oxunub:1072
"Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin həcmi təqribən 15 milyon ton proqnozlaşdırılır".
AzVision.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə söyləyib. O bildirib ki, Ermənistanla sərhəddə yerləşən Ağbənd ərazisinə gedən dəmir yolu xəttinin sahəsi 2026-cı ildə başa çatdırılacaq:

“Eyni zamanda, Naxçıvandan keçən təqribən 200 kilometrlik dəmir yolu sahəsinin tikintisi üzərində iş aparılır. Hazırda bu magistralın layihələndirilməsi başa çatdırılır və tezliklə tikinti işlərinə başlanılacaq. Bir neçə gün ərzində "Azərbaycan Dəmir Yolları" QSC layihənin icrasına start verəcək".

AzVision.az


Teqlər: Zəngəzur-dəhlizi  



Xəbər lenti