Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  26 Noyabr 2025    Oxunub:1011
Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 67-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.

AzVision.az


Teqlər: hava   proqnoz  



Xəbər lenti