Audiovizual Şura telekanala xəbərdarlıq göndərib

Audiovizual Şura telekanala xəbərdarlıq göndərib
  26 Noyabr 2025    Oxunub:802
Audiovizual Şura tərəfindən hipnoz və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamına görə "ATV" kanalına xəbərdarlıq göndərilib.
Audiovizual Şuradan AzVision.az -a verilən məlumata görə, bugün keçirilən onlayn iclasda "ATV" telekanalının efirində noyabrın 13-də yayımlanan "Gün ortası" proqramında baş vermiş hal müzakirə olunub.

Proqramda qonaq qismindəki şəxs studiyada aparıcıya məsafədən "enerji ötürmə" üsulunu tətbiq edib, aparıcı seansdan sonra bu hərəkətləri müsbət formada qiymətləndirib. Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri bu fikirləri "Reklam haqqında" qanunun 29.8-ci maddəsinin (kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir) pozulması kimi qeydə alıblar. Faktı Audiovizual Şuranın hüquqşünasları da pozuntu kimi təsdiqləyiblər.

Şura üzvləri kanalın efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq "ATV" televiziya kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: Audiovizual-Şura  



Xəbər lenti