Londonda fermerlər traktorlarla etiraz aksiyası keçirdi

Londonda fermerlər traktorlarla etiraz aksiyası keçirdi
  26 Noyabr 2025    Oxunub:357
Londonda dövlət büdcəsinin açıqlanmasından öncə fermerlər ailə sahibkarlığına tətbiq edilən vergi islahatları və miras vergisi ilə bağlı etiraz aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, etiraz aksiyası paytaxtın mərkəzində ciddi nəqliyyat sıxlığına səbəb olub.

Polis tərəfindən traktorların şəhər mərkəzinə girişinə qoyulan qadağaya baxmayaraq onlarla fermer Vestminsterə traktor karvanı ilə daxil olub.

Fermerlər etirazlarını davamlı traktor siqnalları çalaraq bildiriblər.

AzVision.az



Teqlər:



Xəbər lenti