Tramp: “NYT xalqın düşmənidir”

      Tramp:    “NYT xalqın düşmənidir”
  27 Noyabr 2025    Oxunub:801
ABŞ prezidenti Donald Tramp onun səhhəti ilə bağlı yazdığı məlumata görə “The New York Times (NYT)” nəşrini “xalqın düşməni” adlandırıb və bu xəbərin hazırlanmasında iştirak edən jurnalist Keti Rocersi isə “üçüncü dərəcəli müxbir” adlandırıb.
AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social” sosila şəbəkəsində etdiyi payşaımda belə deyib.

“Tezliklə fəaliyyətini dayandıracaq “New York Times” qəzetində radikal solçu dəlilər, onların dediklərinin əksini göstərən faktlara rəğmən, mənim haqqımdakı məqalədə güman ki, enerjimi itirdiyimi yazıblar. Qəzet mənim barəmdə qəsdən mənfi mövqe sərgiləyir. Mən mükəmməl fiziki və idrak sınaqlarına malikəm. Buna görə də enerjim tezliklə tükənməyəcək”, - Donald Tramp vurğulayıb.

Xatırladaq ki, noyabrın 25-də “NYT”-də işıq üzü görən məqaləndə Trampın prezident kimi qocalma əlamətləri ilə üzləşdiyi iddia edilib.

- Onun iş qrafiki azaldılır və prezidentin özü də günortadan axşam 5-ə qədər olan daha qısa ictimai çıxışlar cədvəlinə sadiq qalmağa başlayıb. Tramp ictimaiyyət qarşısına çıxanda onun batareyasında bəzən “köhnəlmə” əlamətləri görünür”, - məqalədə bildirilir.

Qəzet həmçinin prezidentin səhhətində problem olduğunu göstərə biləcək hadisələrə istinad edib: Ağ Evdəki mətbuat konfranslarında əlindəki qançır, şişmiş topuqlar və gözlərinin süzülməsi.

“Tramp müntəzəm olaraq məşq etmir. Bu, qismən insanların məhdud enerji təchizatı ilə doğulduğu və intensiv fiziki fəaliyyətin batareya kimi onu tükəndirə biləcəyi ilə bağlı uzun müddətdir mövcud olan nəzəriyyədən irəli gəlir. O, qırmızı əti sevir və Trampın McDonald's yeməklərini çantalarla yediyi məlumdur”, - nəşrin iddiasında bildirilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   NYT   qarşıdurma  



Xəbər lenti