Berlin hərbi gücünü artırır

   Berlin hərbi gücünü artırır
  28 Noyabr 2025    Oxunub:1177
Almaniya hökuməti ölkənin ordusu üçün pilotsuz uçuş aparatları (PUA), raketlər, piyada silahları və s. hərbi texnikanın alınması məqsədilə ümumilikdə 11 müqavilə üzrə 3,4 milyard dollarlıq büdcə ayıracaq.
Bu barədə ABŞ-nin "Bloomberg" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Bundestaq sözügedən istiqamətdə maliyyələşdirməni gələn həftə qapalı iclasda müzakirəyə çıxarıb təsdiqləyəcək.

Silah-sursat alışı barədə sifarişin Almaniya Müdafiə Nazirliyindən gəldiyi diqqətə çatdırılıb. Sifariş çərçivəsində orduya həmçinin "Heckler & Koch" silah istehsalı şirkətindən ümumilikdə 886,3 milyon dollar məbləğində 250 min ədəd "G95" hücum tüfənginin də alınması istənilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   ordu   silah  



Xəbər lenti