Şəmkir sakinləri icbari tibbi sığortadan məmnundurlar

Şəmkir sakinləri icbari tibbi sığortadan məmnundurlar
  28 Noyabr 2025    Oxunub:1618
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən razı qaldıqlarını vurğulayırlar.
Bu barədə jurnalistlərlə söhbəti əsnasında Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müalicə alan rayonun Mahmudlu kənd sakini Hüseynov Tacəddin Allahverdi oğlu deyib. O bildirib ki, xəstəxananın Baş həkimi və bütün həkimlər xəstələrə lazımınca qayğı göstərirlər.

Xəstəxanada, artıq üç gündür ki, insult səbəbi ilə icbari tibbi sığorta əsasında müalicə aldığını bildirən Tacəddin Hüseynov tibb müəssisəsinin hər cür şəraitindən razı qaldığını söyləyib:

"Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müayinə-müalicə prosesi ilə yanaşı xəstələrin rahatlığı, qidalanması üçün hər cür şərait yaradılıb".

AzVision.az


Teqlər: Şəmkir   xəstəxana   pasiyent  



Xəbər lenti