Reuters: “Sülh planı Avropaya baha başa gələcək”

      Reuters:    “Sülh planı Avropaya baha başa gələcək”
  28 Noyabr 2025    Oxunub:1112
Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən çıxmasını nəzərdə tutan “sülh planı” Avropaya baha başa gələcək və sonrakı dövrdə onun iqisadiyyatını ağırlaşdıracaq qeyri-müəyyənlik mənbəyi yaradacaq.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin icmalçısı Pyer Briansonun yazdığı məqalədə belə deyilir.

İcmalçının sözlərinə görə, “sülh planı” prezident Vladimir Putinin Avropa İttifaqı (Aİ) hökumətlərinin tələb etdiyi kimi, Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş ehtiyatlarından (təxminən 300 milyard ABŞ dolları) istifadə etməyə nə vaxtsa razılıq verib-verməyəcəyi ilə bağlı suallar doğurur.

Eyni zamanda, təxminən bir il əvvəl Dünya Bankı (DB) növbəti on il ərzində Ukraynanın bərpası üçün əzruri olan məbləği 524 milyard dollar səviyyəsində qiymətləndirmişdi.

“Nəticədə, Rusiya dondurulmuş ehtiyatlarından imtina etməklə xərclərin yarısını öz üzərinə götürmək əvəzinə, Ukraynanın müttəfiqləri yükün böyük hissəsini öz üzərinə götürməli ola bilər”, - Brianson yazır.

DB-nin fikrincə, Ukraynanın bərpası xarici hökumətlər, beynəlxalq təşkilatlar və özəl investorlar tərəfindən maliyyələşdirilməlidir. Lakin ərazilərin statusu həll olunmasa, Ukrayna özəl xarici kapital axınına güvənə bilməyəcək, yeni hərbi əməliyyatlar və Rusiyanın yeni işğalı qorxusu investorları gələcək illərdə bundan çəkindirəcək.

İşğaldan əvvəl isə Donetsk və Luqansk vilayətləri Ukrayna ÜDM-nin təxminən 15%-ni təmin edirdi. Ona görə də əvvəlki ÜDM-in bərpası vaxt aparacaq.

Yermak: “Torpaqlarımızı verməyəcəyik”
Bundan əlavə, Aİ Kiyevə qayıdan qaçqınları öyrətmək və adaptasiya zamanı onların sosial təminatını maliyyələşdirməkdə kömək etməli olacaq. Aİ-nin təklifinə əsasən, Ukrayna silahlı qüvvələrinin sayı 800 min səviyyəsində müəyyənləşdirilərsə, mülki həyata qayıdacaq təxminən 200 min əsgər də analoji dəstək tələb edəcək.

Hazırda bir növ asılı vəziyyətdə qalan Donbass və Luqansk vilayətlərinin beynəlxalq statusu nəhayət həll edilməsə, Ukraynanın Aİ-yə qəbuluna onun ərazi bütövlüyünün pozulması da mane olacaq.

Üstəlik, Qərbi Avropa ölkələri, çox güman ki, müdafiə xərclərini planlaşdırdıqlarından daha tez artırmalı olacaqlar.

- Trampın ilk “sülh planı” elan etdikdən sonra səhmləri 5% ucuzlaşan Avropanın müdafiə sənayesinin şirkətləri, deyəsən, Ukraynanın Avropa silahları üçün yeganə tədarük ünvanı olmadığını anlamırlar. Regionda artan müdafiə büdcələri Rusiya ilə potensial münaqişəyə hazırlığa xərclənməlidir”, - məqalədə vurğulanır.

Pyer Brianson qeyd edir ki, Avropa və Ukraynanın son narahatlığı “sülh”ün Rusiya lideri Vladimir Putinə iqtisadi baxımdan nəfəs dərməyə imkan verəcəyi ilə bağlıdır. Belə ki, Amerikanın təklif etdiyi “sülh palnı”nın ilkin variantında 2022-ci ildən Rusiyaya qarşı qüvvədə olan iqtisadi sanksiyaların ləğvi nəzərdə tutulur. Nəticədə Rusiya iqtisadiyyatının və deməli, onun yenidən silahlanmasının perspektivləri daha parlaq olacaq.

“The Atlantic” yazır ki, ABŞ-nin “sülh planı” Moskvanın Ukrayna ilə bağlı tələblərinin qarşısını almaq üçün taktika ola bilər. Lakin Avropa bu strategiyaya şübhə ilə yanaşır.

Bu arada isə, Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak onun ölkəsinin sülhə nail olmaq müqabilində öz ərazilərindən imtina etməyəcəyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   iqtisadiyyat  



Xəbər lenti