Mənbələrin dediyinə görə, Belçika Kiyevin xeyrinə Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması qərarını əngəlləməkdə davam edərsə, Aİ-nin digər dövlətlərinin nümayəndələri dekabr sammiti öncəsi hazırlıq iclaslarında bu məsələni getdikcə daha çox qaldıracaqlar.
Onlar həmçinin Belçika nümayəndələrindən digər ölkələr kimi Ukraynaya maliyyə mənbəyi qismində öz vergi gəlirlərindən istifadə edib-etməməsi və ya bu yardımın mənbəyinin Rusiya aktivlərindən götürülən gəlirlər olub-olmaması ilə bağlı məlumat almaq niyyətindədirlər.
Xatırladaq ki, 2024-cü ildə G7 ölkələri Ukrayna üçün 45 milyard avroluq kredit xəttini qəbul edib ki, onun da Rusiya aktivlərinin yerləşdirilməsindən əldə olunan gəlirlər hesabına ödənilməsi planlaşdırılır.
“Bu gecikdirmə fonunda Belçikanın Rusiya aktivləri ilə bağlı qərarında, onun həqiqətən də Avropanın təhlükəsizliyinin təhlükə altında olduğunu başa anlayıb-anlamadığı barədə düşünməyə dəyər. Mövcud məlumatları nəzərə aldıqda isə, Belçikanın Rusiya aktivlərindən götürülən mənfəətin Ukraynaya dəstək üçün istifadə etmək vədini yerinə yetirdiyinə şübhələr var”, - adı çıkilməyən Avropa ölkəsinin diplomatı nəşrə açıqlamasında vurğulayıb.
|
| AK sədrindən Ukrayna ilə bağlı 3 variant |
Mənbələr Belçika ilə bağlı şübhələrini Qərbin Ukraynaya yardımını izləyən Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatları ilə əsaslandırırlar. İnstitutun məlumatına görə, təkcə 2024-cü ildə Rusiya aktivlərindən vergi daxilolmaları 1,7 milyard avro təşkil etdiyi halda, Belçika 2022-ci ildən 2025-ci il avqustun 31-dək Kiyevə 3,4 milyard avro yardım ayırıb.
Lakin Belçika Nazirlər Kabinetinin sözçüsü bu ittihamları rədd edərək, toplanan bütün vergilərin Kiyevə ayrıldığını bildirib. Bununla belə, o, Belçikanın artıq bu vəsaitləri köçürməsi ilə bağlı suala birbaşa cavab verməyib.
- Belçika “Euroclear” depozitarisində dondurulmuş Rusiya aktivlərinin faiz gəlirlərindən əldə edilən bütün qazancları Ukraynanı dəstəkləmək üçün ayırmağı öhdəsinə götürüb. Bu gəlirlərin 2025-ci ildə təxminən 1 milyard avro olacağı təxmin edilir. Bundan əlavə, Belçika Ukraynanın yazlnız Rusiyanın aktivlərindən götürülən qazanc yox, həm də öz büdcəsinin vəsaitləri hesabına maliyyələşdirir”, - belçiaklı məmur diqqətə çatdırıb.
Xatırladaq ki, noyabrın 27-də Belçikanın “Euroclear” şirkəti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadənin Aİ-nin borc öhdəliklərini arıracağı və investorları qorxuya sala biləcəyi barədə xəbərdarlıq edib.
“Financial Times” qəzeti elə həmin gün yazıb ki, Belçikanın baş naziri Bart De Vever Avropa Komissiyasına (AK) göndərdiyi məktubda Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin sürətlə müsadirəsinin potensial sülh sazişinin əldə olunması şansını məhv edə biləcəyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


