Yollarda profilaktik tədbirlər davam etdirilir

Yollarda profilaktik tədbirlər davam etdirilir
  29 Noyabr 2025    Oxunub:1000
Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə yol polisləri tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub:

Təbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər. Yoxlamalarda nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən bir sürücü Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Ukrayna dairəsi yaxınlığında aşkarlanıb. Qaydanı pozan digər hərəkət iştirakçılarının diqqətinə təhlükəsizliyin vacibliyi bir daha çatdırılıb:

"Paytaxtda yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə müvafiq tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!".

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti