Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir

Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir
  29 Noyabr 2025    Oxunub:419
Finlandiya Kareliya Respublikası (Rusiya) ilə sərhəddə yerləşən Kaynuu regionunda Böyük Britaniya ilə birlikdə "Northern Axe 25" ("Şimal baltası 25") adlı hərbi təlimlər keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Təlimlər 29 noyabrdan 5 dekabradək davam edəcək. Manevrlərdə Finlandiyadan təxminən 600-ü ehtiyatda olmaqla 3 min hərbi qulluqçu və Böyük Britaniya hərbçiləri iştirak edir. Təxminən 600 ədəd texnika, o cümlədən tanklar və nəqliyyat helikopterləri təlimlərə cəlb olunub.

Təlimlərin məqsədi müdafiə bacarıqlarının, düşmənin hücumunun qarşısının alınmasının və gecə döyüşlərinin məşqidir. Xüsusi diqqət müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə və pilotsuz uçuş aparatlarının istifadəsinə yönəldilib.

Bundan əvvəl noyabrın 22-də Aralıq dənizində, İtaliya sahillərində genişmiqyaslı "Neptune Strike" təlimləri başlayıb. Bu manevrlərdə ABŞ və Böyük Britaniya, Yunanıstan, Polşa, Türkiyə də daxil olmaqla NATO-nun doqquz ölkəsi iştirak edir.


Teqlər: Rusiya   Finlandiya  



Xəbər lenti