İspaniyada etiraz aksiyası: “Mafiya, yoxsa demokratiya?”

   İspaniyada etiraz aksiyası:    “Mafiya, yoxsa demokratiya?”
  01 Dekabr 2025    Oxunub:745
Madriddə on minlərlə insan erkən parlament seçkiləri tələbi ilə hökumətə etiraz etmək üçün küçələrə çıxıb.
AzVision.az Böyük Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, noyabrın 30-da İspaniyanın paytaxtı Madrid şəhərində Mühafizəkar Xalq Partiyasının (MXP) “Bu da nəticə: mafiya, yoxsa demokratiya?” şüarı altında hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyası təşkil edib.

“Etiraz aksiyası baş nazir Pedro Sançesin keçmiş yaxın müttəfiqi, sabiq Nəqliyyat naziri Xose Luis Abalosun korrupsiya istintaqı çərçivəsində həbsindən üç gün sonraya təsadüf edib”, - qəzet yazır.

MXP mitinqdə təxminən 80 min insanın iştirak etdiyini, bölgənin mərkəzi hökumətinin nümayəndəsi isə onların sayının təxminən 40 min yarısı olduğunu bildirib.

MXP-nin lideri Alberto Nunyes Feyxoo hazırkı parlamentin işini “absurd” adlandırıb və bunun davam edə bilməyəcəyini söyləyib.

- Sançizm siyasi, iqtisadi, institusional, sosial və mənəvi korrupsiyadır. Sançizm artıq həbsdədir və o, hökuməti tərk etməlidir”, - Abalosun həbsini şərh edən Feyxoo vurğulayıb.

Bu ittihama cavab olaraq, İspaniyanın Ədliyyə naziri Feliks Bolanyos qeyd edib ki, MXP və ifrat sağçı “Vox” partiyaları mahiyyətcə oxşardırlar və “baş nazir haqqında ən mənasız şeylər söyləmək uğrunda” bir-biri ilə rəqabət aparırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Madrid   hökumət   etiraz  



Xəbər lenti