Minsk prosesi və onunla əlaqəli strukturlar bağlanıb

    Minsk prosesi və onunla əlaqəli strukturlar bağlanıb
  01 Dekabr 2025    Oxunub:1616
ATƏT Minsk prosesinin və əlaqəli strukturların bağlanmasını başa çatdırıb.
AzVision.az -ın məlumatına görə, ATƏT bu barədə bəyanatda bildirib.

"ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb", - məlumatda vurğulanıb.

Bəyanata əsasən, bütün inzibati prosedurların başa çatması Minsk prosesinin qəti bağlanması deməkdir.

"Minsk prosesinin bağlanması, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış və ABŞ Prezidenti Donald Trampın şahidi olduğu tarixi birgə bəyannamədən sonra ATƏT-in bütün 57 iştirakçı dövləti tərəfindən 1 sentyabr tarixli konsensus qərarının həyata keçirilməsini göstərir".

AzVision.az


Teqlər: ATƏT   Azərbaycan  



Xəbər lenti