Türkiyədə silahlı insident olub, xəsarət alanlar var

Türkiyədə silahlı insident olub, xəsarət alanlar var
  01 Dekabr 2025    Oxunub:311
Türkiyənin Bursa şəhərində kafedə atışma olub.
AzVision.az xəbər verir ki, hadisə Nilufər rayonunda baş verib.

İki qrup arasında baş verən silahlı insident nəticəsində dörd nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentlə bağlı araşdırma aparılır.

AzVision.az





Teqlər:



Xəbər lenti