İtaliya Ukraynaya növbəti hərbi yardım göndərəcək

   İtaliya Ukraynaya növbəti hərbi yardım göndərəcək
  02 Dekabr 2025    Oxunub:1147
İtaliya hökuməti Ukraynaya 12-ci hərbi yardım paketinin göndərilməsini rəsmi surətdə təsdiqləyib.
İtaliya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, sözügedən yardım layihə ölkənin müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri tərəfindən imzalanıb. Yardım paketi çərçivəsində Ukraynaya hərbi avadanlıq və ləvazimat göndərilməsi nəzərdə tutulur.
Niderland Kiyevə 250 milyon yardım ayırır

Hansı növ və sayda hərbi sursatın göndəriləcəyi isə İtaliyanın daxili təhlükəsizlik siyasətinə görə ictimaiyyətə açıqlanmayıb. Bildirilib ki, sursatın Ukraynaya çatdırılması prosesi "ödənişsiz" və tezliklə həyata keçiriləcək.

Xatırladaq ki, dünən Niderland hökuməti də NATO alyansının "PURL" təşəbbüsü çərçivəsində Ukraynaya əlavə 250 milyon avro həcmində hərbi yardım göndərəcəyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İtaliya   Ukrayna   yardım  



Xəbər lenti